Modern.az

Qırğızıstanda 68 etirazçı saxlanılıb

Qırğızıstanda 68 etirazçı saxlanılıb

25 Mart 2017, 21:25

Qırğızıstanın paytaxtı Bişkekdə saxlanılan sabiq deputat Sadır Japarovun tərəfdarlarının təşkil etdiyi mitinq dağıdılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, 68 etirazçı saxlanılıb. Qırğızıstanın DİN rəhbərinin müavini Almaz Orozəliyev bildirib ki, saxlanılanlar xuliqanlığa yol verib və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı güc tətbiq ediblər.

Onun sözlərinə görə, etirazçılar kütləvi iğtişaşlar təşkil edərək, asayiş keşikçilərinə şüşə qablar və digər əşyalar atıblar, taxta parçaları ilə xəsarətlər yetiriblər. Onlar həmçinin DİN-ə məxsus avtobusun şüşələrini qırıblar.

Bundan əvvəl Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları son illər Kiprdə yaşayan sabiq müxalifətçi deputat Sadır Japarovu Bişkek aeroportunda saxlayıblar. Onun barəsində 2013-cü ilin noyabrın 7-də baş vermiş iğtişaşlarla əlaqədar CM-nin bir neçə maddəsi üzrə cinayət işi başlanılıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir