Modern.az

Rusiya neft hasilatını azaldıb

Rusiya neft hasilatını azaldıb

25 Mart 2017, 21:42

Rusiya OPEK ölkələri ilə saziş çərçivəsində neft hasilatını azaldıb. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu ölkədə  hasilatın sutkalıq həcmi 2016-cı ilin oktyabrının müvafiq göstəricisi ilə müqayisədə 185 min barel aşağı düşüb.

Rusiyanın energetika naziri Aleksandr Novakın sözlərinə görə, bu göstərici martın sonuna sutkada 200 min, aprelin sonuna isə 300 min barel təşkil edəcək. 

Qeyd edək ki, Küveytin paytaxtında səfərdə olan A.Novak martın 26-da neft hasilatının azaldılmasına dair sazişin icrasının monitorinqi üzrə komitənin iclasında iştirak edəcək. 

Monitorinq komitəsinə OPEK üzvü olan üç ölkə (Venesuela, Küveyt, Əlcəzair) və təşkilata üzv olmayan Rusiya və Oman daxildir. İclasda  habelə Səudiyyə Ərəbistanının nümayəndəsi və OPEK-in baş katibi Məhəmməd Barkindo da iştirak edəcək.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir