Modern.az

40 polisin başını kəsdilər - DƏHŞƏT

40 polisin başını kəsdilər - DƏHŞƏT

Aktual

25 Mart 2017, 22:52

Konqo Demokratik Respublikasında 40 polisin başını kəsiblər. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə polislər Çikapı şəhərindən Kananquya gedən zaman baş verib.

 

Kasai vilayət assambleyasının spikeri Fransua Kalambanın sözlərinə görə, hücumun arxasında Kamuina Nsapu qruplaşmasının üzvləri dayanıb.

 

Bu Konqoda təhlükəsizlik qüvvələrinə qarşı təşkil olunmuş ən qanlı hücum sayılır.

 

 

Vüqar İSMAYILOV

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır