Modern.az

İtaliya polisi 122 etirazçını saxlayıb

İtaliya polisi 122 etirazçını saxlayıb

Dünya

25 Mart 2017, 22:58

Romada keçirilən etiraz aksiyasında 122 etirazçı saxlanılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, İtaliya polisi  Avropa İttifaqının sammitinin keçirildiyi Romada aksiyanın qarşısını almağa çalışıb. Avropa İttifaqının əleyhdarları və tərəfdarları şəhərin müxtəlif yerlərində altı irimiqyaslı aksiya təşkil ediblər. Aksiyalara ümumilikdə 25 minədək iştirakçı qatılıb.   

Radikal fəalların da qatıldığı aksiyalar zamanı iğtişaşların qarşısının alınması məqsədilə 122 şəxs saxlanılıb.  

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu