Modern.az

“İsgəndər raketləri bütün Avropa paytaxtlarına təhlükədir”

“İsgəndər raketləri bütün Avropa paytaxtlarına təhlükədir”

25 Mart 2017, 23:16

 

Litva prezidenti Dalya Qribauskayte Rusiyanı bütün  Avropa üçün potensial təhlükə adlandırıb.

 

 

 Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyaya qarşı ən sərt mövqe sərgiləyən siyasətçilərdən olan Qribauskayte “İsgəndər” raketlərinin törətdiyi təhlükədən də danışıb.

 

 

“Biz Rusiyanın özünü bizim sərhəddə necə aparığını görürük. Kalininqradda yerləşdirilmiş raketlər nüvə başlığı daşıya bilir və istənilən Avropa paytaxtını vura bilər. Bu yalnız Baltikyanı ölkələrin məsələsi deyil”.

 

 

Qribauskayte ABŞ qoşunlarının Polşa və Baltikyanı ölkələrdə yerləşdirilməli olduğunu və Şərqi Avropanın daim Rusiya təhlükəsi ilə üzləşdiyini deyib.

 

 

Vüqar İSMAYILOV

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir