Modern.az

"Rusiya bütün Avropa üçün təhdiddir" - Prezident

"Rusiya bütün Avropa üçün təhdiddir" - Prezident

25 Mart 2017, 23:54

“Rusiya təkcə Litva və region üçün deyil, eləcə də bütün Avropa üçün təhdiddir. Biz Rusiyanın Kalininqradda – bizim sərhədlərimizin yanında özünü necə aparmasını görürük. Ora Avropanın paytaxtlarına çata biləcək nüvə başlıqlı raketlər yerləşdirilib. Bu, təkcə Baltik ölkərənin işi deyil”. Modern.az xəbər verir ki, bunu Litva prezidenti Dalya Qribauskayte “Foreign Policy” jurnalına verdiyi müsahibəsində deyib.

Prezidentin sözlərinə görə, ölkə ABŞ-dan Baltik regionuna hərbi qüvvələrin yeridilməsini istəyir: “Hazırda ABŞ hərbçiləri Almaniya və Şərqi Avropaya yerləşdirilib, amma ən böyük təhlükə Polşa və Baltik ölkələri üçün yaranıb. Məhz buna görə biz ABŞ-dan öz hərbi qüvvələrini regiona yerləşdirməyini istəyirik. Bizə Hava Hücumundan Müdafiə Qüvvələri lazımdır. Bu olmadan ərazini müdafiə etmək mümkün deyil”.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!