Modern.az

Londonda sürücü avtomobili piyadaların üstünə sürdü

Londonda sürücü avtomobili piyadaların üstünə sürdü

Aktual

26 Mart 2017, 10:11

Martın 25-də yerli vaxtla saat 22:50 radələrində Londonun şimalında naməlum sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində üç nəfər xəsarət alıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, London polisi hadisəni törətməkdə şübhəli bilinən iki nəfəri saxlayıb. Həmin şəxslərin üzərində bıçaq aşkarlanıb.

 

Verilən məlumatda bildirilir ki, 2-si kişi,1-i qadın olmaqla 3 yaralı xəstəxanaya yerləşdirilib.

 

London polisi hadisə ilə bağlı araşdırmalar aparır. Polis bu hadisənin martın 22-də Parlamentin binası yaxınlığından törədilən terror aktı ilə əlaqəsinin olub-olmamasını araşdırır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir