Modern.az

"Akademi Group"un rəhbəri Razi Vəliyevi maşın vurub öldürdü

"Akademi Group"un rəhbəri Razi Vəliyevi maşın vurub öldürdü

Allah rəhmət eləsi̇n

26 Mart 2017, 11:25

Yasamal rayonu ərazisində - "20 Yanvar" dairəsində "Cherry" markalı avtomobil yolu keçməyə çalışan piyadanı vurub.

Modern.az xəbər verir ki, avtomobilin vurduğu şəxs "Akademi Group" şirkətinin rəhbəri Razi Vəliyev olub. Belə ki, yolu keçərkən sürətlə hərəkət edən minik avtomobili onu vuraraq kənara atıb. O, hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xatırladaq ki, Razi Vəliyev təhsil sahəsində tanınmış şəxslərdən biri olub. O, Azərbaycanda təhsil sərgilərinin təşkilatçısı kimi tanınıb. 

Mərhum 34 yaşında dünyasını dəyişib. Ailəli idi, 2 övladı var. 

Allah rəhmət eləsin!

 

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi