Modern.az

Konqo Demokratik Respublikasında 40 polisin başı kəsilib

Konqo Demokratik Respublikasında 40 polisin başı kəsilib

Aktual

26 Mart 2017, 12:29

Konqo Demokratik Respublikasında milislərlə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmanın ardından, 40-ə yaxın polisin başının kəsildiyi bildilib.



Modern.az TTürkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə məclisinin sözçüsü Madila Kalamba Kasai əyalət baş verənləri Reutersə danışıb.



Kamuina Nsapu militanlarının, cümə günü, Kananga şəhərindən əyalət paytaxtına getməkdə olan polis konvoyuna hücum etdiklərini bildirən Kalamba, çox sayda polisin xadimlər tərəfindən yaxalandığını və 40a yaxınının başının kəsildiyini bildirdi.



Malamba, yerli Tshiluba dilində danışdıqları üçün 6 polisin həyatının bağışlandığını bildirib.

 

Qeyd edək ki, Konqo Prezidenti Cozef Kabilanın, səlahiyyət müddətinin konstitusiyaya görə tamamlanmasına baxmayaraq 2016-ci ilin dekabr ayında mandatından imtina etməməsi, ölkə miqyasında zorakılıq hadisələrinə yol açıb. 5 əyalətə yayılan Kamuina Nsapu üsyanının, Kabilaya qarşı ən ciddi hədə təşkil etdiyi bildirilərkən, təşkilatın getdikcə müstəqil və etnik əsasda hərəkət etdiyi ifadə edilir.



Birləşmiş Millətlər Təşkilatı, ölkədəki şiddət hadisələrində 400-dən artıq adamın öldüyünü, ölənlərin çoxunun ümumi məzarlara basdırıldığını, bunlardan 10-unun yerinin aşkar edildiyini açıqlayıb.

 

Qafar Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi