Modern.az

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Aktual

26 Mart 2017, 13:00

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq.

 

Mülayim cənub-qərb  küləyi  axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 5-8° isti,  gündüz 11-16°, bəzi yerlərdə 18° isti, Bakıda gecə 6-8° isti, gündüz  14-16° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  756 mm civə sütunu, nisbi rütubət  gecə 75-85%, gündüz  60-65%  təşkil edəcək.

 

Azərbaycanın rayonlarına gəlincə, martın 27-də hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, lakin  axşama doğru bəzi dağlıq rayonlarda arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 14-18°, bəzi yerlərdə 21° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?