Modern.az

Masallıda şuşalı süpürgəçi qadını avtomobil vurub ödürdü

Masallıda şuşalı süpürgəçi qadını avtomobil vurub ödürdü

Aktual

26 Mart 2017, 13:10

 Bu gün səhər saatlarında Masallıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki,  əslən Şuşa rayonundan olan, Masallı şəhərində məskunlaşan 1977-ci il təvəllüdlü Cavadova Vəsilə Heydər qızı Masallı rayonu İsgəndərli-Ərkivan istiqamətində yolda təmizlik işləri görərkən avtomobil tərəfindən vurulub.

 

Hadisə nəticəsində C.Vəsilə hadisə yerində keçinib.

 

Faktla bağlı Masallı rayon Polis şöbəsində araşdırma aparılır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir