Modern.az

QHT Şurası təlimlərə başlayır

QHT Şurası təlimlərə başlayır

Qarabağ

11 Aprel 2011, 16:53

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə maliyyələşdirdiyi layihələrin həyata keçirilməsinin effektivliyinin artırılması üçün layihə rəhbərləri və mühasibləri üçün layihələrin idarə olunması və hesabatların təqdim edilməsi mövzularında təlimlərə başlayır. Ayrı-ayrılıqda müxtəlif istiqamətləri əhatə edən təlimlər gün ərzində Şuranın ofisində iki növbədə, aşağıdakı ardıcıllıqla keçiləcək.

Səhiyyə məsələləri və ətraf mühitin mühafizəsinə dair təşəbbüslər  – 13 aprel 2011-ci il.
Sosial məsələlərə dair təşəbbüslər  - 15 aprel 2011-ci il.
Təhsil məsələlərinə dair təşəbbüslər  – 19 aprel 2011-ci il.
Azərbaycanın ərazi bütövlüyünün bərpası və erməni təcavüzündən zərər çəkənlərin hüquqlarının beynəlxalq səviyyədə qorunması  istiqamətində təşəbbüslər – 21 aprel 2011-ci il.
Sosial məsələlərə dair təşəbbüslər  – 22 aprel 2011-ci il.
Mədəniyyətə dair təşəbbüslər, insan hüquqları və demokratiya   – 25 aprel 2011-ci il.

Region QHT-lərinin təşəbbüslərinin dəstəklənməsi – təlimlər müxtəlif tarixlərdə Quba, Şirvan, Qəbələ, Gəncə, Mingəçevir şəhərlərində keçiriləcək. 
     
Layihə rəhbərləri və mühasibləri təlimlərə Şura Katibliyinin əməkdaşları tərəfindən qrafik üzrə dəvət olunur.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!