Modern.az

Yəmən prezidenti barədə ölüm hökmü çıxarılıb

Yəmən prezidenti barədə ölüm hökmü çıxarılıb

Dünya

26 Mart 2017, 14:04

Martın 26-da husi üsyançıların “Ansar Alla” şiə hərəkatının nəzarətində olan Yəmənin paytaxtı Sanadakı məhkəməsi ölkə prezidenti Abd Rabby Mansur Hadi barəsində vətənə xəyanətə görə qiyabi olaraq ölüm hökmü çıxarıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı Səudiyyə Ərəbistanına -"təcavüzkar ölkəyə yardım və müttəfiqlərini təjhrik təhrik etməkdə” günahkar bilinir. Prezidentdən başqa ağır cəzaya daha yüksək vəzifəli məmur, o cümlədən Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Riyad Yasin və Yəmənin ABŞ-dakı səfiri Ahmed Avad bin Mübarək də layiq görülüblər. Yəməndə hərbi münaqişə 2014-cü ildən davam edir. Bir tərəfdə husi üsyançıları, digər tərəfdə Hadiyə loyal olan hökumət ordusu və könüllülər vuruşur.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir