Modern.az

İtaliyada "qadın təcavüz vaxtı qışqırmayıb" deyə təcavüz edən kişi sərbəst buraxılıb

İtaliyada "qadın təcavüz vaxtı qışqırmayıb" deyə təcavüz edən kişi sərbəst buraxılıb

Dünya

26 Mart 2017, 14:55

İtaliyanın Torino şəhərində təcavüz ettiği iddia edilən kişi, hakimin "təcavüzə uğrayan qadın təcavüz zamanında qışqırmayıb" qərarıyla sərbəst buraxılıb. 

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki,Torinoda keçən ay baxıldığı bildirilən məhkəmə işində hakim, qadının sadəcə "bəsdir" deməsinin təcavüzü sübut etməyə yetərli olmadığına hökm edib.


Qadın haqqında böhtan işinin açılması, ölkədə narazılığa səbəb olub. Müxalif deputat Annagrazia Calabria, "Hadisənin şoku içindəki bir qadını göstərdiyi reaksiya görə cəzalandırıla bilməz" deyib.

Ədliyyə Naziri Andrea Orlando məhkəmə işinin yenidən  araşdırılması üçün nazirlik müvafiq tapşırıq verib.

 
Məhkəmə zalında hakim qadına nə üçün sərt reaksiya vermədiyini soruşub. Qadın isə, "Bəzən yox demək kifayətdir, güc göstərmədim. Kaş ki, sərt reaksiya verərdim. Dondum qaldım" deyib.

Qadının uşaqlığında da dəfələrlə atasının təcavüzünə məruz qaldığı bildirilir. Təcavüz etməkdə ittiham edilən kişi, qadının razılığı ilə əlaqəyə girdiyini deyib.

 

Qafar Ağayev

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər