Modern.az

Mosulda dağıntılar altında qalan 61 meyit çıxarılıb

Mosulda dağıntılar altında qalan 61 meyit çıxarılıb

Aktual

26 Mart 2017, 15:27

İraqın təhlükəsizlik qüvvələri koalisiyanın avia zərbələri nəticəsində dağılmış binaların dağıntıları altından 61 dinc sakinin meyitini çıxarıblar.

Modern.az-ın xarici KİV-ə  istinadən verdiyi məlumata görə, İŞİD terror qruplaşmasının üzvləri dinc sakinləri "canlı qalxan" kimi istifadə ediblər.

Koalisiyadan bildiriblər ki, binalar yerləşən ərazilərə hava zərbələri endirilib, lakin binalar hava zərbələri nəticəsində dağılmayıb.

Qeyd edək ki, Mosulda axtarış xilasetmə işləri davam etdirilir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı