Modern.az

Boliviya prezidenti Çilini söz azadlığını pozmaqda günahlandırıb  

Boliviya prezidenti Çilini söz azadlığını pozmaqda günahlandırıb   

Aktual

26 Mart 2017, 16:31

Boliviya prezidenti Evo Morales Çili hakimiyyətini iki boliviyalı jurnalistin fəaliyyətinə mane yaratmaqla söz azadlığını pozmaqda günahlandırıb.

 

Modern.az-ın APA-ya  istinadən verdiyi məlumata görə, iki boliviyalı jurnalist Çiliyə 9 boliviyalının saxlanılması ilə əlaqədar durumu işıqlandırmaq üçün səfər edib.

 

E. Morales hesab edir ki, Çili hakimiyyəti boliviyalı jurnalistlərdən birini “saxlanılan boliviyalılar və qaçaqmal haqqında həqiqəti gizlətmək” üçün ölkədən çıxarıb. Boliviya prezidenti “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, bu, informasiya azadlığının pozulmasıdır. 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı