Modern.az

Berlində Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Berlində Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Dünya

26 Mart 2017, 17:31

26 mart 2017-ci ildə Berlin Etnologiya Muzeyində Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın Almaniyadakı səfirliklərinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş ənənəvi bayram tədbiri keçirilib.

Modern.az xəbər verir ki, Etnologiya Muzeyinin direktoru Viola Köniq tədbir iştirakçılarını salamlayıb. Etnologiya Muzeyinin Dostları ictimai birliyinin sədri Folker Hassemer çıxış edərək Novruz bayramının qədim tarixə malik olması və onun geniş coğrafi məkanda qeyd olunması barədə məlumat verib. Daha sonra iştirakçı ölkələrdən gəlmiş mədəniyyət nümayəndələri öz  proqramları ilə çıxış ediblər.

Azərbaycanın Almaniyadakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizi tədbirdə Gülay Zeynallı, Humay Qədimova və Sevinc Qədimovadan ibarət muğam üçlüyü təmsil edib. Üçlüyün “Azərbaycan”, “Şuşanın dağları” və digər bəstəkar və xalq mahnılarından ibarət ifaları tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Tədbirin aparıcısı qədim tarixə malik olan muğam sənətinin Azərbaycan xalqının həyatında və dünya mədəni irsində özünəməxsus yer tutduğunu vurğulayıb.   

Tədbirdə eyni zamanda iştirakçı ölkələrin milli-mədəni irsi və adət-ənənələrini əks etdirən sərgi nümayiş etdirilib.

 

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?