Modern.az

Zərdabda canavarlar kəndə hücum edib-FOTO

Zərdabda canavarlar kəndə hücum edib-FOTO

Aktual

26 Mart 2017, 18:44

Zərdab rayonunda kəndə hücum edən canavarlar bir gecədə  iki fərdi təsərrüfata ziyan vurub.

 

Modern.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə gecə saatlarında  rayonun Bıçaqçı  kəndində baş verib.

 

Canavarlar gecə saatlarında kənd sakini, 1965-ci il təvəllüdlü Kamran Kamal oğlu Musayevin  fərdi təsərrüfatındakı xırda buynuzlu heyvanlardan 3-nü parçalayaraq tələf edib, 33-nü yaralayıb,  7 qoyunu isə aparıb.

 

Həmin gecə digər kənd sakini, 1963-cü il təvəllüdlü Kazım Məhəmməd oğlu İbrahimov məxsus təsərrüfata hücum edən canavarlar bir qoyunu tələf edib, birini isə yaralayıb.

 

Son 20 gün ərzində canavarlar təkcə Bıçaqçı kəndində 35 baş xırda buynuzlu heyvanı parçalayaraq tələf edib, 50-dən çoxunu yaralayıb, 20-ni isə aparıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir