Modern.az

Azərbaycan qrup dördüncüsü oldu - Yenilənib

Azərbaycan qrup dördüncüsü oldu - Yenilənib

Aktual

26 Mart 2017, 21:59

Almaniya və Azərbaycan milli komandaları arasında oyun 4:1 hesabı ilə başa çatıb. Modern.az xəbər verir ki, millimizin yeganə qolunu 31-ci dəqiqədə Dmitri Nazarov vurub. Almaniya yığmasının heyətində isə 19-cu və 81-ci dəqiqədə Andre Şürrle, 36-cı dəqiqədə Tomas Müller, 45-ci dəqiqədə Mario Qomes fərqlənib.

Bununla da xallarını 15-ə çatdıran Bundestim qrupda itkisiz liderliyini davam etdirib. 7 xala malik Azərbaycan yığması isə 4-cü pilləyə enib. Buna qrupun paralel keçən görüşündə Çexiyanın səfərdə San-Marinonu 6:0 hesabı ilə darmadağın edərək, xallarını 8-ə çatdırması və 7 xalı olan Şimali İrlandiyanı 3-cü pilləyə endirməsi səbəb olub.

 

21:39

 

Almaniya yığması oyunun 81-ci dəqiqəsində yenidən fərqlənib. Hazırda oyun 4:1 hesabı Almaniya komandasının xeyrinədir.

 

20:45

 

Almaniya yığması oyunun 44-cü dəqiqəsində yenidən fərqlənib. Hazırda oyun 3:1 hesabı Almaniya komandasının xeyrinədir.

 

20:38

 

Almaniya yığması oyunun 36-cı dəqiqəsində hesabda yenidən önə çıxıb. Hazırda oyun 2:1 hesabı Almaniya komandasının xeyrinədir.

 

20:31

 

2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Almaniya oyununda hesab bərabərləşdi. Oyunun 31-ci dəqiqəsində Dmitri Nazarov vurduğu qolla hesabı bərabərləşdirib.

 

20:20

 

2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Almaniya oyununda hesab açılıb. Oyunun 19-cu dəqiqəsində Almaniya komandası hesabı açıb.

 

 

20:00

 

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyununa çıxıb. Modern.az xəbər verir ki, milli komandamız Tofiq Bəhramov adına Respublika stadionunda Almaniya yığmasını qəbul edir.

Son illərdə ilk dəfə olaraq Azərbaycan – Almaniya oyununa bütün biletlər satılıb.

Qeyd edək ki, oyunu İtaliyadan olan hakimlər - Daniele Orsato, Mauro Tonolini, Rikkardo di Fiore, Marko Quida idarə edirlər.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir