Modern.az

Londondakı terrora görə daha 1 nəfər tutulub

Londondakı terrora görə daha 1 nəfər tutulub

Dünya

26 Mart 2017, 22:14

Londonda törədilən terror aktında şübhəli bilinən daha 1 nəfər saxlanılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Skotland-Yardın mətbuat xidməti məlumat yayıb.

Hazırda hadisə ilə əlaqədar 2 nəfər həbsdədir . Bundan əvvəl 10 şübhəliyə qarşı cinayət təqibinə xitam verilib.

Qeyd edək ki, martın 22-də Londonda terror aktı nəticəsində 4 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Terrorçu, 52 yaşlı Xalid Məsud hücum zamanı polis tərəfindən məhv edilib. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir