Modern.az

Tramp Merkeldən 374 milyard dollar TƏLƏB EDİR

Tramp Merkeldən 374 milyard dollar TƏLƏB EDİR

Dünya

26 Mart 2017, 23:07

ABŞ prezidenti Donald Tramp NATO ölkələrinin müdafiəsinə görə Avropa ölkələrindən 374 milyard dollardan artıq vəsait tələb edib.

 

Modern.az xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti məlumat verib.

 

Tramp borc barədə Almaniya kansleri Angela Merkellə görüş zamanı danışıb. Lakin Almaniya tərəfi Trampın tələblərini qəbuledilməz adlandırıb.

 

 

“Belə tələblər qarşı tərəfi qorxutmağa hesablanıb. Lakin kansler bu məsələyə sakit yanaşdı və təxribata reaksiya vermədi”- deyə alman naziri danışıb.

 

 

Vüqar İSMAYILOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir