Modern.az

Bolqarıstanda növbədənkənar parlament seçkiləri başa çatıb

Bolqarıstanda növbədənkənar parlament seçkiləri başa çatıb

Dünya

26 Mart 2017, 23:09

Bolqarıstanda növbədənkənar parlament seçkiləri başa çatıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, exit-polların məlumatına əsasən GERB partiyası seçkilərdə 32,8 faiz səs yığaraq qalib gəlib. GERB partiyasının əsas rəqibi - Bolqarıstan Sosialist Partiyası (BSP) 28,4 faiz səslə ikinci yerdədir. Bundan başqa, Birləşmiş Millətçilər 8,8 faiz, Hüquq və Azadlıqlar Uğrunda Hərəkat 7,7 faiz, VOLYA (iradə) 4,6 faiz, Reformatorlar Bloku 3,8 faiz səslə Bolqarıstan parlamentinə daxil olublar.

 

Qeyd edək ki, bu, 2013-ci ildən bəri Bolqarıstanda keçirilən üçüncü növbədənkənar parlament seçkilərdir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir