Modern.az

“Komandam yaxşı, əzmkar oyun nümayiş etdirdi” - Robert Prosineçki

“Komandam yaxşı, əzmkar oyun nümayiş etdirdi” - Robert Prosineçki

Aktual

26 Mart 2017, 23:17

“Möhtəşəm atmosfer var idi. Buna görə də, azarkeşlərə minnətdarlıq edirəm”. Modern.az Apasport.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

Matçdan sonra təşkil edilən mətbuat konfransında xorvatiyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Komandam yaxşı, əzmkar oyun nümayiş etdirdi. Kimə qarşı oynadığımızı bilirdik. Amma müdafiəyə oturmadıq, hücumlar da etdik. Almaniya səhvləri bağışlamır. Komandamızla fəxr etmək olar. Çünki belə rəqiblə çəkinmədən oynadılar, hücumlar etdilər. Komandamız bu gün maksimum gücünü ortaya qoydu. Kim peşəkar səviyyədə futbol oynayıbsa, məni başa düşər. Rəqib çox güclü idi. Almaniya millisinin oyunçuları həftədə iki dəfə yüksək səviyyədə oyun göstərirlər. Ölkə çempionatında və Çempionlar Liqasında iştirak edirlər. Bu komandanın dünya çempionu olması təsadüfi deyil”.

Qeyd edək ki, Dünya Çempionatı -2018-in seçmə mərhələsində Almaniyanı qəbul edən yığmamız 4:1 hesabı ilə məğlub olub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər