Modern.az

Hakan Şükür və Arif Ərdəm “Qalatasaray”dan çıxarıldı

Hakan Şükür və Arif Ərdəm “Qalatasaray”dan çıxarıldı

Dünya

26 Mart 2017, 23:33

Türkiyənin “Qalatasaray” klubu adları FETÖ ilə hallanan keçmiş futbolçuları Hakan Şükür və Arif Ərdəmin klubdan çıxarılmasına qərar verib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı “Qalatasaray” İdarə Heyəti bu gün keçirdiyi toplantıdan sonra açıqlama yayıb. Hər iki keçmiş futbolçunun klubdakı üzvlüyünün ləğv olunmasına qərar verilib.

Onlardan başqa daha 2 min 750 nəfər üzvlükdən çıxarılıb.

 

Qeyd edək ki, ötən gün keçirilən səsvermə nəticəsində Hakan Şükür və Arif Ərdəmin klubun üzvlüyündə saxlanılması həm ölkə ictimaiyyəti, həm də siyasi dairələr tərəfindən tənqidlə qarşılanmışdı.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır