Modern.az

Jurnalistlər üçün yeni yarış təşkil olunur

Jurnalistlər üçün yeni yarış təşkil olunur

11 Aprel 2011, 17:16

May ayının 10-da mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü tamam olur. Bu münasibətlə respublikamızda böyük kütləvi tədbirlərin, mərasimlərin keçirilməsi nəzərdə tutulur. «Yeni Azərbaycan», «İki sahil» və «Səs» qəzetləri də bu münasibətlə kütləvi informasiya vasitələri arasında voleybol yarışları təşkil etməyi planlaşdırır.
Məlumatı Modern.az saytına “Yeni Azərbaycan” qəzetindən veriblər. Oyunları Azərbaycan Voleybol Federasiyasının təyin etdiyi hakimlər idarə edəcək. Turnirin sonunda 1,2 və 3-cü yeri tutmuş komandalar mükafatlandırılacaq. Yarışda iştirak könüllüdür və Azərbaycanın bütün KİV kollektivləri turnirə dəvətlidirlər. Turnirdə iştirak etmək istəyən KİV-lər aprel ayının 15-dək yarışın təşkilat komitəsinə müraciət etməlidir. Oyunlara isə aprelin 18-də start veriləcək.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər