Modern.az

Rusiyadakı aksiyaların NƏTİCƏSİ: 1500 nəfər saxlanıldı, cinayət işi açıldı

Rusiyadakı aksiyaların NƏTİCƏSİ: 1500 nəfər saxlanıldı, cinayət işi açıldı

Aktual

27 Mart 2017, 00:10

Moskva daxil olmaqla Rusiyanın bir çox şəhərlərində eyni vaxtda keçirilən anti-korrupsiya mitinqləri polis tərəfindən dağıdılıb.

 

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 82 şəhərində keçirilən aksiyalar zamanı 1500-dən artıq insan saxlanılıb. “Korrupsiya Əleyhinə Fond”un təşkil etdiyi aksiyaların ən izdihamlısı Moskvada və Sankt-Peterburqda baş tutub.

 

 

Moskvanın Puşkin meydanında və Tveskaya küçəsində baş tutan mitinqlərdə 30 min insanın iştirak etdiyi bildirilir. Saxlanılanlar arasında aksiyanın təşkilatçısı Aleksey Navalnı da var. Onun gecəni Moskvadakı polis şöbələrindən birində keçirəcəyi bildirilir. Bundan başqa, Korrupsiya Əleyhinə Fond-un bütün üzvləri də həbs olunanlar arasındadır. Ümumilikdə, Moskvada 860-dan çox insan saxlanılıb.

 

 

Sankt-Peterburqdakı aksiyaya isə 10 mindən artıq insanın qoşulduğu, onlardan 130 nəfərin həbs olunduğu xəbər verilir.

 

Paralel olaraq, Yekaterinbuq, Novosibirsk, Çelyabinsk, Perm və s. şəhərlərdə aksiyalar baş tutub. Maxaçqaladakı aksiyada 150, Krasnofdarda 100 və Vladivostokda isə 80 nəfərin saxlanıldığı bildirilir.

 

 

Aksiyalar baş nazir Dmitri Medvedevin qanunsuz mülkləri ilə bağlı rezonanslı araşdırmanın ardınca təşkil olunmuşdu.

 

 

Vüqar İSMAYILOV

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır