Modern.az

Rəşad Sadıqov: “Prosineçki uşaq-muşaq səhvləri etdiyimizə görə əsəbiləşmişdi” - MÜSAHİBƏ

Rəşad Sadıqov: “Prosineçki uşaq-muşaq səhvləri etdiyimizə görə əsəbiləşmişdi” - MÜSAHİBƏ

Aktual

27 Mart 2017, 09:25

Almaniya ilə oyundan sonra milli komandamızın kapitanı Rəşad Sadıqov Modern.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

 -Oyun barəsində nə deyə bilərsiniz? 

-Sevinirəm ki, komanda yoldaşlarım bu gün belə güclü rəqibdən çəkinmədilər. Düzdü, ilk 10 dəqiqədə bir az həyəcan var idi.  Ancaq çalışırdıq oyunu çətinləşdirməyək, top bizdə olanda hücumlar qurmağa tələsirdik. Düşünürəm ki, komanda olaraq ən yaxşı oyunlarımızdan birini oynadıq.  Buraxdığımız qollara gələndə isə burada rəqibin ustalığı öz sözünü deyirdi. Almaniya millisinin səhvlərimizdən maksimum yararlanacağını bilirdik. Ancaq qarşısını ala bilmədik. 

 

-Almaniya yığması ikinci qolu vurandan sonra nə hiss keçirdiniz? 

-Çox təssüf ki, belə alındı. Birinci hissədə hesab bərabərləşəndə rəqib komanda da gərginlik yaranmışdı. Bir-birinin üstünə əsəbləşib qışqırırdılar. Sadəcə olaraq birinci hissəni 2:1 hesabıyla başa vura bilsəydik ikinci hissədə nəyəsə ümüd etmək olardı. Ancaq üçüncü qol  şanslarımızın üzərindən xətt çəkdi. 

 

- Ənənəvi künc zərbəsindən sonra zərbəni vurdunuz. Orda top sanki rəqib müdafiəçinin əlinə dəymişdi...

-Gördüm. Ancaq top əlinə dəymədi,  sinəsinə daha yaxın idi . 

 

-Azarkes dəstəyi haqqında nə deyə bilərsiniz?

-Azarkeşlərimiz qələbəyə laiq idilər. Ancaq onlar özləri də gördülər ki, biz əlimizdən gələni etdik. 

 

-Renatı gözləyirdik. Təbii ki, bunlar məşqçinin qərarı ilə baş verir. Kapitan kimi Renatın oyuna qoşulmaması ilə bağlı nə deyə bilərsiniz?

-Renat gənc futbolçudur. Məşqçimiz də təcrübəli mütəxəssisdir. Təbii ki, bu cür hallara məşqçi özü qərar verir. Elə olsun ki, sonra problem yaşamayaq.

 

-Necə düşünürsüz komanda olaraq bugünkü oyundan sonra millimiz finala yüksələ bilərmi? 

-Hesab edirəm ki, əgər səhvlərimizi azaldaraq bu cür oyun nümayiş etdirə bilsək, nəyəsə ümid bəsləmək olar. Hamıya aydındır ki, bizim üçün  əsas oyun bundan sonrakı Şimali İrlandiya yığması ilə olacaq qarşılaşmadır. Bu bizim üçün final oyunu olacaq. 

 

-Qrupdan çıxmaq uğrunda  mübarizə aparmaq üçün komanda da mövcud ab-hava necədir? 

-Məşqçimiz bizə inanır. Komanda yoldaşlarım da qələbəyə inanaraq əzmlə mübarizə aparır. Bugünki oyunda da şahidi oldunuz.  Bildiyiniz kimi rəqiblərimiz də güclü rəqiblərdir. Gərək qeyri-adi nəsə edək ki, qələbə qazana bilək. Məsələn Norveç yığması ilə olan oyunda  qol vurmaq şansını qazandıq, yaxşı müdafiə olunduq. San- Marinonu çıxmaq şərtiylə digər komandalar güclü rəqiblərdir. Buna görədə biz daha inamlı oynamalıyıq. Xüsusən ev oyunlarında maksimum xalı qazanmağa çalışmalıyıq. 

 

-Oyundan əvvəl 4 qol vurulacağını gözləyirdinizmi?

-Almaniya millisi elə komandadır ki, hər şey gözləmək olar. Belə deyim, bu gün biz  Braziliyanın qapısına 7 qol vuran, yaxud İrlandiya yığmasını 2:0 hesabıyla məğlub edən komandaya qarşı oynadıq. Elə ola bilərdi ki, heç 4 qol olmazdı. 2:1, 1:1 yaxud 3:1 hesabıyla da bitə bilərdi oyun. Eyni zamanda 7 qol da vura bilərdilər. Çox hərtərəfli komandadır. Mən hələ əvvəldən də demişdim ki, yeganə komandadır ki, milli səviyyəsində  kollektiv oyun oynayır. Məşhurlara nəzər salsaq, istər Argentina yığması, istərsə də Braziliya milli komandasından heç biri bu cür oyun sərgiləyə bilmir. Bir İspaniya yığması, bir də Almaniya millisidir ki, kollektiv şəkildə oynamaqlarının şahidi oluruq. Bu cür komandalara qarşî mübarizə aparmaq da təbii ki, çətindir. 

 

-Baş məşqçi Robert Prosineçki oyundan sonra nə dedi?

-Bizə dedi ki, yaxşı oynadınız. Ancaq ilk yarıdan sonra çox əsəbləşmişdi. O da uşaq-uşaq səhvlər etdiyimizə görə idi.

 

-Daha çox Əfran İsmayılov səhvlərə yol verirdi...

- Əfran ilk qolda Nazarova ideal ötürmə verdi. Sonra isə heç nədən belə bir səhv etdi. Biz də sığortalaya bilmədik onun səhvini. Amma bunu yalnız Əfranın səhvi kimi adlandırmaq düzgün deyil.

 

Aida İSAQ

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub