Modern.az

Vahid Əhmədov seçiciləri ilə görüş keçirib

Vahid Əhmədov seçiciləri ilə görüş keçirib

Aktual

27 Mart 2017, 11:09

Millət vəkili Vahid Əhmədov Novruz bayramı günlərində Qubada seçicilərinin yanında  olub.

 

Bayramla bağlı keçirilən müxtəlif tədbirlərdə iştirak  edən deputat seçicilərinin qayğıları ilə maraqlanıb. Qubadakı ofisində baş tutan görüşdə Vahid Əhmədov görüşə və qəbula gəlmiş sakinlərlə söhbət edərək onları maraqlandıran bir çox suallara cavab verib, Milli  Məclisdəki fəaliyyəti barədə onlara məlumatlandırıb.

 

Sonradan qəbula gəlmiş 72 nəfər Quba sakinini təkbətək qəbul edib. İşsizlik, ev tikintisi üçün torpaqların veriməsi, mənzil   fondunun təmirindəki problemlər, şəhərdaxili küçələrin pis  vəziyyətdə  olması, yazın gəlişi ilə bağlı  meyvə bağlarında aqrotexniki tədbirlərin aparılması zamanı əmələ gələn çətinliklərin həllinə kömək və digər məsələlər qəbul zamanı əhali tərəfindən qabardılan problemlərin sırasında olub.

 

Bir sıra məsələlər yerindəcə öz həllini tapmış, yerdə qalanları baxılıb tədbir görülməsi üçün nəzarətə götürülüb. Deyilmiş bir   neçə məsələ ilə bağlı rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə bağlı fikir mübadiləsi aparılmış, deputat tərəfindən bəzi təkliflər verilib.

 

Millət vəkilinin Novruz bayramı günlərindəki sakinlərlə təmasları və qəbulu əhali tərəfindən razılıqla qarşılanıb.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi