Modern.az

 XİN Tofiq Zülfüqarova cavab vermək istəmir

 XİN Tofiq Zülfüqarova cavab vermək istəmir

Aktual

27 Mart 2017, 11:14

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Yeni Müsavat” qəzetinə müsahibəsində "XİN Sarkisyanın Qarabağda peyda olmasını sükutla qarşılamalıdır” sualına cavab verərkən  nazirliyin demək olar ki, fəaliyyət göstərmədiyini qeyd edib:

"Vallah, mənə bunu şərh etmək çətindir, etik məsələlərə görə... Amma hesab edirəm ki, Xarici İşlər Nazirliyi lazımi səviyyədə çalışmır. Demək olar ki, bu prosesdə onun səsi eşidilmir. Təəssüflər olsun. Amma onun yeri də var, mövqeyi də olmalıdır, səsi də eşidilməlidir. Müxtəlif addımlar atılmalıdır, amma susmaq qəbuledilməzdir. 4-5 aydır müxtəlif hadisələr baş verir, mən indiyədək Xarici İşlər Nazirliyinin mövqeyini başa düşməmişəm, elə bil o, yoxdur...”

 

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a geniş açıqlama vermək istəməyib.

XİN rəsmisi bildirib ki, fərdi şəxslərin fikirlərinə münasibət bildirmirlər.

 

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?