Modern.az

Azərbaycan Qaçqınlar Cəmiyyəti türk iş adamını məhkəməyə verir

Azərbaycan Qaçqınlar Cəmiyyəti türk iş adamını məhkəməyə verir

Aktual

27 Mart 2017, 11:15

Türkiyənin aparıcı şirkətlərindən olan ”Əmrə piliç"in təsisçisi, Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin üzvü Ömür Oralın Bakıya gələrək, burada media nümayəndələrini toplayıb, mətbuat konfransı keçirməsi və bu tədbirdə Qərbi Azərbaycan qaçqınlarını və bütün Qərbi Azərbaycan əsilli insanları təhqir etməsi ölkə vətəndaşlarını, xüsusən Qərbi azərbaycanlılar tərəfindən etirazla  qarşılanıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli Qərbi azərbaycanlıları erməni adlandıran türk iş adamı və onun vəkili Aslan İsmayılovla bağlı hüquq-mühafizə orqanlarına müraciət hazırlayıb.

 

Ə.Ələkbərli bildirib ki, müraciət artıq hazırlanıb və gələn həftə hüquq-mühafizə orqanlarına göndəriləcək:

 

“2008-ci ildən Azərbaycanda ticarət qurub, illər boyu buradan milyonlar qazanan bir adamın yüz minlərlə Qərbi Azərbaycan doğumlu Azərbaycan vətəndaşını bu cür təhqir etməsini, ortaqları Arto Sevan Oskayanı və Andranik Raffi Bozaçıyanı isə türk adlandırmasını Azərbaycan xalqını ələ salmaqdan başqa bir şey hesab etmirik. Cənab Ömür Oral heç olmasa ortaqlarının “yan” soyadından və “Sevan”, “Andranik” adlarından utanıb xəcalət çəkməli və yadına salmalı idi ki, Bozaçıyanıın adını daşıdığı Andranik 1914-1915-ci illərdə Sarıqamışda, Türkiyənin başqa bölgələrində yüz minlərlə türk vətəndaşını, uşağını, gəncini, qadınını, qocasını vəhşicəsinə qətlə yetirmişdir”.

 

O deyib ki, ölkəmizdən qazanılaraq erməni kisəsinə doldurulan milyonların bu illər ərzində güllələrə, mərmilərə çevrilərək Azərbaycan əsgərinə tuşlanmadığına və gələcəkdə də tuşlanmayacağına kim zəmanət verə bilər?


Azərbaycan Qaçqınlar Cəmiyyətinin martın 30-da Azərbaycanlıların soyqırımı günü münasibətilə Beynəlxalq Mətbuat Mərkəzində keçirəcəyi “Azərbaycanlıların soyqırımı: dünən və bu gün” adlı geniş tədbirdə bu məsələ bir daha gündəmə gətiriləcək.


Ömür Oral mətbuat konfransında çıxış edərək, təsisçisi olduğu şirkətin ortaqlarından ikisinin erməni əsilli olduğunu etiraf etmiş, lakin İstanbul doğumlu olduqlarına görə onları türk, Ermənistanda doğulan Qərbi azərbaycanlıları isə erməni adlandırıb. Sitat: “Mən indi sual vermək istəyirəm: Ermənistanda doğulanmı ermənidir, İstanbulda doğulanmı ermənidir?”

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI