Modern.az

İrandan Azərbaycana narkotik gətirən qadın saxlanılıb

 İrandan Azərbaycana narkotik gətirən qadın saxlanılıb

Aktual

27 Mart 2017, 11:51

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, yoxlama zamanı xanım vətəndaşın alt geyimində 1 ədəd bükümdə, xalis çəkisi 0,995 qram, daxili orqanında isə 3 ədəd bükümdə, xalis çəkisi 163,920 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər