Modern.az

Azərbaycanın şimal-qərb rayonlarında aktual sosial problemlər müəyyənləşdirilir

Azərbaycanın şimal-qərb rayonlarında aktual sosial problemlər müəyyənləşdirilir

Qarabağ

11 Aprel 2011, 17:17

“İqtisadi və Sosial İnnovasiyalar İnstitutu” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasın 2011-ci il üçün  QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı keçirdiyi müsabiqə çərçivəsində əldə etdiyi maliyyə dəstəyilə “Azərbaycanın şimal-qərb rayonlarında sosial  problemlərin araşdırılması və müvafiq sosial qanunvericiliyin  ictimailəşdirilməsi” adlı layihənin icrasına başlayıb.

İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun icra etməyə başladığı “Azərbaycanın şimal-qərb rayonlarında sosial  problemlərin araşdırılması və müvafiq sosial qanunvericiliyin  ictimailəşdirilməsi” adlı layihə 01 aprel 2011-ci il tarixdən 01 avqust 2011 –ci il tarixinədək dörd aylıq müddəti əhatə edir və həmin layihənin həyata keçirilməsində məqsəd, Azərbaycanın şimal-qərb rayonlarında əhalinin daha çox üzləşdiyi sosial problemləri araşdırmaq, onları miqyasına görə təsnifatlaşdırmaq, həlli yollarına dair təkliflər hazırlamaq və əhalinin sosial qanunvericiliklə bağlı maarifləndirmə işinə töhvə verməkdir.

Layihınin icrası gedişində və onun nəticələrindən  sözügedən regionda yaşayan pensiyaçılar, ünvanlı dövlət sosial yardımı təyin edilmiş şəxslər, kiçik sahibkarlar, işsizlər, seminarlarda iştirak edən digər hədəf qruplarının nümayəndələri, regional məsələlərə dair xüsusui mühazirələr oxuyan lektorlar, ekspertlər, müəllimlər,  tələbələr və s. geniş şəkildə yararlana biləcəklər.

Layihə çərçivəsində aşağıdakı işlərin görülməsi nəzərdə tutulub:

- Azərbaycanın şimal-qərb rayonlarında (Şəki, Qax) aktual sosial problemlərin müəyyənləşdirilməsi və təsnifatlaşdırılması məqsədilə fokus –qruplar arasında sorğu keçirmək və araşdırmalar aparmaq;

- Layihənin xüsusi veb səhifəsini hazırlamaq;

- Regionda fəaliyyəıt göstərən “ kanal S”də (Şəki televiziyası) sosial problem və sosial qanunvericiliyə həsr olunmuş televiziya verilişi hazırlamaq;
- Layihə üzrə görülmüş işlərin və aparılan tədqiqatların yekunu kimi regionun aktual sosial problemlərini, onların həlli yollarını, eləcə də müxtəlif sosial quruplar üçün  sosial qanunvericiliyə aid qanun, qərar, sərəncam və digər hüquqi normativ aktları və onlara şərhləri əks etdirən Azərbaycanın şimal-qərb rayonlarının təhlili materialları əsasında “Sosial proseslərin hüquqi tənzimlənməsi” adlı xüsusi toplu nəşr etdirmək və müvafiq icra orqanları, hədəf qruplarının nümayəndələri və digər maraqlı şəxslər arasında yaymaq.

Bu layihənin həyata keçirilməsi mütəxəssislərin səylərini birləşdirərək Azərbaycanın şimal-qərb rayonlarında əhalinin daha çox üzləşdiyi sosial problemləri həlli yollarına dair təkliflər hazırlaması və əhalinin sosial qanunvericiliklə bağlı maarifləndirmə işinin genişləndirilməsi istiqamətində yeni və zəruri addım olacaq.

İqtisadi və Sosial İnnovasiyalar İnstitutu” 30 aprel 2010-cu ildə rəsmi dövlət qeydiyyatına alınıb. İnstitutun fəaliyyətinin əsas məqsədi ölkənin intellektuallarının səylərini birləşdirərək Azərbaycanın iqtisadi və sosial tərəqqisinə töhfə verməkdir.

Mail Ağaxanov

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir