Modern.az

23 minə yaxın abituriyent sənəd verib

23 minə yaxın abituriyent sənəd verib

Aktual

27 Mart 2017, 12:16

Ali təhsil müəssisələrinin I-V ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir. APA-nın xəbərinə görə, bu gün saat 10:00-dək 22939 abituriyent (19259-u Azərbaycan, 3680-i Rus bölməsinin məzunu) I-IV ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçərək qeydiyyatdan keçib. Onlardan 8496-sı (7151-i Azərbaycan, 1345-i Rus bölməsinin məzunu) I, 7054-ü (5730-u Azərbaycan, 1324-ü Rus) II, 5520-si (4844-ü Azərbaycan, 676-sı Rus) III, 1869-u (1534-ü Azərbaycan, 335-i Rus) isə IV ixtisas qrupları üzrə sənəd verib.

Bu saata kimi qeydiyyatdan keçən 22939 abituriyentdən 22325-i qəbul imtahanının I mərhələsində (yaz imtahanında) iştirak edəcək.

Saat 10:00-dək 7509 abituriyent V ixtisas qrupuna, 6230-u isə tam orta ixtisas təhsili müəssisəılərinə qəbul olmaq üçün sənəd verib.
Rus bölməsini seçmiş 3942 abituriynet isə aprelin 9-da keçiriləcək “Azərbaycan dili” fənni üzrə test imtahanında iştirak edəcək. 2016-cı ildə "Azərbaycan dili" fənni üzrə test imtahanında "məqbul" alan 134 abituriyent isə cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılacaq.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi