26 iyun 2017, Bazar ertəsi
Ana Səhifə - MƏDƏNİYYƏT - Əcnəbilər hər il Azərbaycanda 6 milyard dollar xərcləyəcəklər
Əcnəbilər hər il Azərbaycanda 6 milyard dollar xərcləyəcəklər
27.03.2017, 13:35

2016-cı ildə səyahət və turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna (ÜDM) birbaşa təsiri 2 milyard 285,3 milyon manat (2016-cı ildəki AZN/USD orta məzənnəsi ilə 1 milyard 437,3 milyon dollar), yaxud hesabat dövründəki ÜDM-in ümumi həcminin 4,1 faizi qədər olub.

Modern.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Turizm və Səyahət Şurasının (World Travel & Tourism Council, WTTC) mart hesabatında məlumat verilib.

Qurumun gözləntilərinə görə, 2017-ci ildə bu sənayenin ÜDM-ə birbaşa təsiri güclənəcək və 7 %, yaxud 2 milyard 446,4 milyon manat olacaq, 2017-2027-ci illər ərzində isə 6,5 % daha artaraq 4 milyard 581,9 milyon (2 milyard 881,7 milyon dollar) və yaxud ÜDM-in 5,9 % -i göstəricisinə çatacaq.

Hesabatda deyilir ki, bu rəqəmlər hər şeydən əvvəl hotellər, mehmanxanalar, turizm agentlikləri, aviaşirkətlər, həmçinin sərnişindaşıma xidmətləri göstərən digər bu tipli bazar iştirakçılarının iqtisadi fəaliyyətini əks etdirir.

WTTC təşkilatının hesabatında yer alan məlumatlara əsasən, 2016-cı ildə turizm və səyahət sektorunun (investisiya və digər parametrlərin daha geniş təsiri daxil olmaqla)  Azərbaycan ÜDM-nə tam təsiri 8 milyard 91,3 milyon manata (5 milyard 88,9 milyon dollar), yaxud VDM-in 14,6 % qədər olmuşdur. Gözlənildiyi kimi, bu göstərici 2017-ci ildə 6,6 % - 8 milyard 622,8 milyon manatadək artacaq və ÜDM-in 15,3 faizinə çatacaq. Bununla yanaşı, qurumun proqnozlarına görə, bu göstərici 2027-ci il üçün 6,3 % artaraq, 15 milyard 924,5 milyon manat (10 milyard 15,4 milyon dollar), yaxud ölkə ÜDM-nin 20,6 %-i qədər olacaq.

Qurumda qeyd edirlər ki, turizm və səyahət sektorunun inkişafı ölkə əhalisinin məşğulluq səviyyəsinə müsbət təsir göstərir. Belə ki, 2016-cı ildə sektor birbaşa olaraq 171 min iş yeri təmin etmişdir ki, bu da əhalinin ümumi məşğulluq səviyyəsinin 3,7 %-i qədər olmuşdur. WTTC təşkilatının proqnozlarına görə, 2017-ci ildə bu göstərici 6 %, 2027-ci il üçün isə daha 3,5 %, başqa sözlə desək, 256 min iş yeri artacaq ki, bu da Azərbaycan əhalisinin ümumi məşğulluq səviyyəsinin 5,6 %-i qədər olacaq.

Ümumiyyətlə, turizm və səyahət sənayesinin məşğulluğa tam təsiri 2016-cı ildə 609 min iş yeri, yaxud əhalinin ümumi məşğulluğunun 13,2 faizi qədər təşkil etmişdir. Qurumun ekspertləri proqnozlaşdırır ki, cari ildə sektor 642 min iş yerini (5,4 % səviyyəsində artım) təmin edəcək. Bununla yanaşı, 2027-ci ildə iş yerlərinin sayı 3,2 % - 883 min artacaq ki, bu da ölkə əhalisinin məşğulluq səviyyəsinin 13,9 %-i qədər olacaq.

Qurum ölkəyə turist axınının turizm sənayesinin ölkə iqtisadiyyatına birbaşa təsirinin aparıcı komponenti olduğunu vurğulayır.

WTTC təşkilatının məlumatlarına əsasən, 2016-cı ildə “Visitor Exports” (əcnəbi ziyarətçilərin məsrəfləri) göstəricisi 4 milyard 552,2 milyon manat (2 milyard 863 milyon dollar, yaxud 16,9 %) olmuşdur. Xatırladaq ki, “Visitor Exports” göstəricisi beynəlxalq turist məsrəfləri üzrədir və əcnəbilərin nəqliyyat və səfər turizminə aid istehlakını səciyyələndirən xərcləri daxil olmaqla, istər işgüzar, istərsə də şəxsi məqsədlərlə xərclədikləri vəsaiti əhatə edir.

WTTC təşkilatında gözləyirlər ki, 2017-ci ildə bu göstərici 8,1 % artacaq, ölkə isə 2 milyon 758 min nəfər xarici turisti qəbul edəcək. 2027-ci ilədək “Visitor Exports” göstəricisi daha 6,5 % artacaq. Belə ki, 10 ildən sonra artıq ölkəyə 4 milyon 254 min turist səfər edəcək ki, onlar da 9 milyard 205,3 milyon manat (5 milyard 769,5 milyon dollar) pul xərcləyəcəklər.

Hesabatda o da qeyd edilir ki, 2016-cı ildə Azərbaycanın turizm və səyahət sektoruna  479,5 milyon manat yatırım qoyulmuşdur. 2017-ci ildə isə kapital qoyuluşunun həcmi  6,2 %, qarşıdakı 10 ildə isə 4,9 % artaraq 825,1 milyon manata çatacaq.

Turizm və səyahət sektorunun milli investisiyaların ümumi həcmindəki payı 2017-ci ildəki 2,9 %-i ötərək 2027-ci ildə 3,3 %-ə çatacaq.

 

Modern.az


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
26.06.2017, 14:00

Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirilib

26.06.2017, 13:43

Xalq artisti Qəndab Quliyeva vəfat etdi

26.06.2017, 13:21

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

26.06.2017, 13:06

Bakıda yolu keçən piyadanı maşın vurdu

26.06.2017, 12:29

Sabahın hava PROQNOZU: - 38° isti

26.06.2017, 11:55

“Mercedes" ana-balanı vurdu - ana yaralandı, qızı öldü

26.06.2017, 11:33

Bu gün Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir

26.06.2017, 11:17

Gənc şair: “Populyar müğənnilər, TV-lər istedalı gənclərə haqsızlıq edirlər”

26.06.2017, 11:12

Qəndab Quliyevanın ölüm xəbəri yayıldı - Həkim TƏKZİB ETDİ

26.06.2017, 11:07

16 məzun buraxılış imtahanlarından qovuldu

26.06.2017, 10:28

Azərbaycanda telefon dəbi “ölüb” - SƏBƏBLƏR

26.06.2017, 10:13

Milli Məclis bu hakimləri vəzifədən azad edəcək - SİYAHI

26.06.2017, 10:07

"Bəzi dövlətlər Azərbaycanda dini qarışıqlıq salmaq istəyirlər"

26.06.2017, 10:05

Şəhid ailələri, Qarabağ əlilləri üçün sonuncu iftar süfrəsi açılıb

26.06.2017, 10:03

Ordumuzun ilk Qərargah rəisi: “Fəxr edirəm ki, müsəlman ordusunun generalı kimi güllələnirəm”

26.06.2017, 09:53

Azərbaycan məscidlərində bayram namazı qılındı

26.06.2017, 09:47

Ermənistan cəbhədə təxribatı davam etdirir

26.06.2017, 09:43

Deputat “Aprel döyüşləri”nin iştirakçıları və şəhid ailələri ilə görüşdü

26.06.2017, 09:36

İmişlidə bir nəfər Araz çayında itkin düşüb

26.06.2017, 09:33

Göyətəsində 150 turist olan qayıq batdı: 6 nəfər boğuldu, 31 nəfər itkin düşdü

26.06.2017, 09:12

Ramazan qara bayram deyil, ağ bayramdır

26.06.2017, 09:02

Pakistanda partlayış - ölənlərin sayı 152-yə çatdı - YENİLƏNİB-2

26.06.2017, 00:44

Azərbaycan Ramazan bayramını qeyd edir  

26.06.2017, 00:32

MÜDAFİƏ NAZİRLƏRİMİZ -  Xosrov bəy Sultanovdan Zakir Həsənovadək...  

25.06.2017, 23:35

99 il öncə yaradılan MİLLİ ORDU  

25.06.2017, 23:02

Azərbaycanın ilk hərbi naziri - Qarabağın general-qubernatoru

25.06.2017, 22:31

Arif Quliyev: “Bir oğlum vaxtsız vəfat edi, o biri oğlum da əlil oldu”

25.06.2017, 22:18

İraqlı turist Bakıda öldü

25.06.2017, 22:06

Akademik Ziyad Səmədzadənin 77 yaşı tamam olub

25.06.2017, 21:41

Azərbaycan Qran-Prisinin qalibi: "Bakı trasını çox bəyənirəm”.

25.06.2017, 21:26

Konfederasiyalar Kuboku: bütün yarımfinalçılar məlum oldu  

25.06.2017, 21:14

Məqsədli öpüşlər... - BUSƏLƏRİN MƏNASI  

25.06.2017, 21:07

Almaniya hökuməti Ərdoğanın mühafizəçilərinə qadağa qoydu  

25.06.2017, 20:46

Çimərliklərdə xilasedicilərin işi artıb - boğulanlar xilas edilib  

25.06.2017, 20:30

Cocuq Mərcanlıda 1 ədəd tank əleyhinə raket tapıldı

ARXİV
SORĞU
Qeyri-sabit hava şəraiti sizə necə təsir edir?
- İstilərdən canımız qurtarıb(9.43%)
- Dənizə gedə bilmirik(20.7%)
- Səhhətimizə mənfi təsir edir(18.8%)
- Əhvalım xoşallanır(9.43%)
- Məhsul qıtlığı yaranır(15.0%)
- Təsərrüfatıma ziyan dəyir(3.77%)
Yağış, dolu ruzi-bıərəkətdir(22.6%)