Modern.az

Vüsal Məmmədov aparıcılıq edəcəyi verilişin yeniliklərindən danışdı

Vüsal Məmmədov aparıcılıq edəcəyi verilişin yeniliklərindən danışdı

Media

27 Mart 2017, 14:05

Tanınmış jurnalist, Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov teleaparıcı kimi tamaşaçıların qarşına çıxacaq.  Hər bazar ertəsi Lider TV-nin efirində yayımlanan “Panoram” verilişi Vüsal Məmmədovun təqdimatında olacaq.

“Panoram” verilişində hansı yeniliklər olacaq? Verilişdə ateizm və din mövzularına da yer veriləcəkmi?

Məsələ ilə bağlı Modern.az-a danışan Vüsal Məmmədov bildirib ki, verilişdə bəzi dəyişikliklər olacaq.

“Verilişi daha dinamik, müzakirələri daha gərgin və canlı keçirməyi düşünürük. Mövzu dairəsi dəyişməyəcək - verilişin adına uyğun olaraq, beynəlxalq problemləri və onların Azərbaycana təsir imkanlarını müzakirə edəcəyik. Ateizm və din mövzularına yer verilməyəcək”.

Qeyd edək ki, “Panoram” verilişi əvvəllər Vahid Abbasın təqdimatında yayımlanırdı.

Qafar Ağayev

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?