Modern.az

Abituriyentlərə vacib xəbər var

Abituriyentlərə vacib xəbər var

Aktual

27 Mart 2017, 14:12

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 2-ci nömrəsini çap edib. Modern.az xəbər verir ki, bu nömrədə 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ixtisaslar üzrə müsabiqə şərtləri, "Abituriyentin elektron ərizəsi" formasının doldurulma qaydası və nümunəsi, "Şəxsi kabinet"in yaradılması və istifadə qaydası, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və digər zəruri materiallar dərc edilib.  

Bu nömrədə həmçinin 2016-cı ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, imtahan fənləri üzrə bəzi test tapşırıqlarının izahı və tövsiyələr, abituriyentlər üçün elmi-metodiki məqalələr dərc olunub.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Azərbaycan Respublikası Milli Kitabxanasına
Ünvan: AZ1000,Bakı,Səbail,Xaqani, 57.
Azərbaycan Respublikası Prezidentinin kitabxanasına
Ünvan: AZ1005, Bakı, Səbail, Nizami, 58.
Azərbaycan Respublikası Milli Məclisinin kitabxanasına
Ünvan: AZ1073, Bakı, Səbail, Parlament, 1.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasına
Ünvan: AZ1141, Bakı, Yasamal, Hüseyn Cavid, 31.
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Respublika Elmi Pedaqoji Kitabxanasına
Ünvan: AZ1072, Bakı, Nərimanov, Koroğlu Rəhimov 874-cü məhəllə
Bakı Dövlət Universitetinin Elmi kitabxanasına
Ünvan: AZ1148, Akademik Zahid Xəlilov küçəsi-23 (BDU, əsas bina)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir