Modern.az

Türkiyənin Avropadakı ən etibarlı müttəfiqi – London-Ankara əlaqələrinin TARİXİ

Türkiyənin Avropadakı ən etibarlı müttəfiqi – London-Ankara əlaqələrinin TARİXİ

27 Mart 2017, 15:49

Türkiyə ilə İngiltərə arasındakı münasibətlər çoxəsrlik tarixə malikdir. Hələ Osmanlı və Britaniya İmperiyaları XVI əsrdən başlayaraq bir-biri ilə ticarət əlaqələri saxlayırdı.

 

Sonradan Britaniya dəniz imperiyasına çevrildikdən sonra bu əlaqələr daha intensive xaraket almağa başladı. Uzun əsrlər boyu Fransa ilə müttəfiq münasibətlərində olan Osmanlı İmperiyası XVIII əsrdən etibarən Londonun təsiri altına düşdü. 1799, 1809 və 1878-ci il müqavilələri İngiltərənin Türkiyənin siyasi və iqtisadi həyatındakı rolunu artırmış oldu. Lakin XX əsrin əvvəllərində Osmanlı İmperiyası Londondan uzaqlaşaraq Almaniya İmperiyası ilə daha sıx əlaqələr qurmağa başladı. Təsadüfi deyil ki, 1914-cü ildə başlayan Birinci Dünya Müharibəsi zamanı keçmiş müttəfiqlər əks cəbhələrdə vuruşurdular. Lakin Osmanlı İmperiyasının süqutu və yeni Türkiyə Respublikasının elan olunması ilə İngiltərə və Ankara arasında ənənəvi yaxınlıq yenidən güc qazandı.

 

Böyük Britaniya Türkiyənin Avriopa Birliyinə üzv olmasına tərəfdar çıxan yeganə üzv ölkə idi. İstər Toni Bler, istər Qordon Braun, istərsə də Con Kemeron hökumətləri rəsmi Ankaranın ambisiyalarını dəstəkləyirdi. Yeni baş nazir Tereza Meyin ilk xarici səfərini Türkiyəyə etməsi də bu baxımdan əhəmiyyətli sayılmalıdır.

 

2017-ci il yanvarın 27-də Ankaraya səfər edən Tereza Mey Türkiyə ilə ticarət əlaqələrinin Brexit-dən sonra daha da aktivləşəcəyini demişdi. İki ölkə illik 15,6 milyard dollar təşkil edən ticarət dövriyyəsini 20 milyard dollar çatdırmağı planlaşdırıb. Bundan başqa, Türkiyənin hərbi reaktiv təyyarə yaratma planlarına Londonun yardım edəcəyi bildirilmişdi.

 

“Böyük Britaniya Avropa Birliyindən çıxdıqdan sonra Türkiyə ilə ticarət əlaqələrini inkişaf etdirmək üçün ortaq komissiya formalaşdıracayıq”.

 

Tereza Mey Ankarada 2800-dən artıq Britaniya şirkətinin fəaliyyət göstərdiyini deyib.

 

Görünən odur ki, Ankara və London arasında tarixi və qarşlıqlı iqtisadi maraqlara söykənən əlaqələr bundan sonra dad aha sıx şəkildə inkişaf edəcək.

 

 

Vüqar İSMAYILOV

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi