Modern.az

“İrəli” Avropa Gənclər Fondunun layihəsində iştirak edir

“İrəli” Avropa Gənclər Fondunun layihəsində iştirak edir

Aktual

27 Mart 2017, 16:07

"İRƏLİ" İctimai Birliyinin gənc fəalı Cavanşir Bayramov Azərbaycanı beynəlxalq layihədə təmsil edir.

 

“İRƏLİ” İctimaiBirliyinin üzvü ölkəmiz, mədəniyyətimiz və Azərbaycanı maraqlandıran məsələləri gündəmə gətirir. Bura musiqimiz, son illərdə ölkəmizdə baş tutan böyük tədbirlər, Qarabağ həqiqətləri də daxildir. 

 

“Variety is the spice of life – try walking in my shoes" adlı layihə Avropa Gənclər Fondunun dəstəyi Youth for Exchange and Understanding International-ın təşkilatçılığı ilə həyata keçirilir. Məqsədi hamı üçün bərabər hüquqlar təmin edən açıqfikirli və tolerant cəmiyyət yetişdirməkdir. Layihənin bir il ərzində həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, layihə nəticəsində gənclərlə işləyən şəxslərin və birbaşa gənclərin mədəniyyətlərarası dialoqda və gender müxtəlifliyi kimi mövzularda məlumatlandırılaacaq və yeni fikirli cəmiyyətin formalaşmasına dəstək olunacaq.

 

Tədbir üç mərhələdən ibarətdir. Bu mərhələlərə daxildir:  traininglər, təşkilatlar haqqında tədbirlər və YEU Convention.

Layihənin ilk fəaliyyəti o laraq 5-13 Mart tarixində bir qrup gənc İsveçin Stokholm şəhərində toplanıb. İştirakçılar mədəniyyət və gender normalanın insane həyatındakı rolunu araşdırıb. Araşdırmalar növbəti fəaliyyətlər mədəniyyətlərarası dialoqun gender perspektivində baş tuta bilməsi üçün bünövrə xarakteri daşıyıb. 

 

Növbəti fəaliyyətlərin Yunanıstan, Makedoniya, Albaniya, Avstriya və bir sıra digər ölkələrdə keçirilməsi planlaşdırlır.

 

Modern.az

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir