Modern.az

Vikipediya ilə bağlı monitorinqlər aparılsın – TƏKLİF

Vikipediya ilə bağlı monitorinqlər aparılsın – TƏKLİF

Mədəni̇yyət

27 Mart 2017, 16:10

 

Hadisə, şəxs, məkan və digər məsələlərin ümumi məlumat halında təqdim olunmasında Vikipediya böyük rol oynayır.  Bir şəxs, yaxud da, bir məkanın tarixini dəqiqləşdirmək istəyiriksə, dərhal Vikipediyada axtarış aparırıq.

Amma Vikipediya heç də dəqiq informasiya məkanı deyil. Çünki fərdi olaraq da idarə edildiyindən bir çox sahələr barədə doğlun və dəqiq məlumata rast gəlmək olmur. Hətta, bəzi Vikipediya səhifələrində Azərbaycanın işğal altındakı torpaqları ermənilərin “tarixi vətəni” kimi göstərilir. Təbii ki, bu cür neqativ hallar bu sahənin daha dəqiq araşdırılmasını və səhih məlumatların yerləşdirilməsini zəruri edir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Modern.az-a açıqlamasında deyib ki, Vikipediyanın qüsurlu tərəfləri var.

 

“Vikipediya nəhəng bir virtual kitabxanadır. Uzun illərdir ki, bu sahə formalaşır. Vikipediya müəyyən qədər açıq bir şəbəkədir. Orada qeydiyyat olmasına baxmayaraq məsələlərin izi özünü göstərir. İstənilən halda hər kəs ora daxil olub nəsə qeyd edə bilər. Daha dəqiq desək, xalq tərəfindən formalaşan kitabxanadır. O millətlər, o xalqlar  udur ki, bura daha çox töhfə verir. Bir məqam var. Vikipediyanın üstün cəhəti odur ki, hamı iştirak edir. Qüsurlu tərəfi odur ki, hamı iştirak edirsə, qeyri-ciddiliklə yanaşı,  əsaslandırılmayan informasiya var. Düşünürəm ki, faydalı tərəflərindən istifadə etmək daha düzgün olardı. Bunu həm də qabartmaq lazımdır”.

 

Ekspertin sözlərinə görə,  Vikipediyanı hamı qura bilmir.

 

“Nəinki başı çıxmayan insanlar, institutlar, elmi mərkəzlər, bu sahədə çalışan mütəxəssislər media qurumları daha faydalı yaza bilərlər.  Hökumətin strateji düşüncə mərkəzlərinin də ora inteqrasiya olunması məsələsi həm tariximizlə, həm də dövlətçiliklə bağlı olan fikirlərin yazılmasında mühüm rol oynaya bilər. Ümumiyyətlə, Vikipediyanı hansısa qurumun, hökumətin, üzərinə qoymaq olmaz ki, bunu mütləq sən etməlisən”.

Azərbaycan İnternet Forumunun prezidenti, həmçinin  Vikipediyada ciddi səhvlərin aradan qaldırılması üçün monitorinqlərin aparılmasını zəruri hesab edir.

 

“Düşünürəm ki, Vikipediya ilə bağlı müəyyən monitorinqlərin aparılması düzgün olardı. Elə qüvvələr ola bilər ki, onlar Vikipediyadan terrorizm, cinayət və uşaqlara qarşı çirkin məqsədlərə görə  istifadə edə bilər.

 

Hansı ki, bunlar bizim qanunvericilikdə qadağandır. Ona görə də bunların aidiyyəti olan qurumlar tərəfindən monitorinqinin aparılması düzgün olardı. Azərbaycanda dövlətin və cəmiyyətin təhlükəsizliyə cavab verən bir sistem olmalıdır. Eyni zamanda, insanları oradan çəkindirmək olmaz. Daha yaxşı olardı ki, Vikipediyaya inteqrasiya olunmaq üçün iş aparılsın”

 

Namidə BİNGÖL

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?