Modern.az

Amerikalı həmsədr: “Danışıqları bərpa etməyin vaxtı çatıb”

Amerikalı həmsədr: “Danışıqları bərpa etməyin vaxtı çatıb”

27 Mart 2017, 18:05

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşü ilə bağlı ehtimallarını bölüşüb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Hoqland bunun üçün ilk növbədə xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşünün önəmli olduğunu deyib.

 

“Ümid edirik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada yaxud başqa yerdə görüşərək prezidentlərin görüşü üçün zəmin hazırlaya bilərlər. Sülh danışıqlarını bərpa etməyin vaxtı çatıb. Zorakılığın bu məsələnin həllində əsas rolu oynamasına imkan verə bilmərik. Zorakılıq həll deyil. Zorakılıq ailələri dağıdır, iqtisadiyyatı dağıdır”.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir