Modern.az

Eldar və Nigarın “Eurovision-2011”də oxuyacaqları mahnın klipi təqdim olundu VIDEO

Eldar və Nigarın “Eurovision-2011”də oxuyacaqları mahnın klipi təqdim olundu VIDEO

Təhsil

11 Aprel 2011, 20:07
Azərbaycanın “Eurovision-2011” təmsilçiləri Eldar və Nigarın Almaniyanın Düsseldorf şəhərində mayın 10-da, müsabiqənin birinci yarımfinal mərhələsində ifa edəcəyi “Running Scared” mahnısının klipinin İctimai Televiziyada təqdimatı olub. 
Klipin rejissoru Tarmo Krimdir. Tarmo Krim 2002-ci ildə Tallində keçirilən Eurovision Mahnı Müsabiqəsinin prodüseri olub. 
“Running Scared” mahnısının klipi romantik və həssas bir tarixçədən bəhs edir. Gözəl mənzərə və kadrlarla zəngin olan klipin çəkilişləri dəniz sahilində aparılıb. 
Xatırladaq ki, “Running Scared” mahnısının müəllifləri İsveçli Stefan Örn, Sandra Bjurman və Iain Farquharsondur. 
Hazırda Azərbaycanın “Eurovision-2011” təmsilçiləri Eldar və Nigar Düsseldorf səhnəsindəki çıxışına və Avropa turnesinə hazırlaşır. Duetimiz qalib olmaq üçün var gücləri ilə çalışdıqlarını deyir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür