Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Argentina prezidentinə Maurisio Makriyə təqdim edib. Səfirlikdən Modern.az-a verilən məlumata görə, etimadnamənin təqdim olunması mərasim əsnasında keçirilən görüşdə R.Aslanov ölkəmiz haqqında Prezident Maurisio Makriyə ətraflı məlumat verib. Görüş əsnasında həmçinin, Azərbaycan və Argentina arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Modern.az