Modern.az

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

Aktual

27 Mart 2017, 20:54

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına qadağan olunan əşyaların və narkotik maddələrin keçirilməsinə qarşı mübarizə aparılır. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Penitensiar Xidmətin Baş idarəsinin və tabe qurumların birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirlərinin nəticəsində Novruz bayramı günlərində 6 mobil telefon, habelə narkotik maddə və uyuşdurucu dərman preparatlarının müəssisələrə keçirilməsinin qarşısı alınıb.

Faktlar üzrə toplanılan materiallar hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara göndərilib.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır