İraqın Mosul şəhərinə endirilən hava zərbələri nəticəsində ölənlərdən 112-sinin meyiti aşkarlanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraq Səhiyyə nazirliyi məlumat yayıb.
Məlumata görə, bundan əvvəl bir neçə yaşayış evinin dağılması ilə nəticələnən aviazərbələr nəticəsində 200-dək dinc sakinin öldüyü bildirilirdi. Beynəlxalq koalisiyanın qərargahı hava zərbələri zamanı itkilərlə bağlı məlumatın araşdırıldığını bildirimişdi.
Modern.az