İngiltərə Xarici İşlər naziri Boris Conson Rusiyaya səfərini təxirə salıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, səfərin təxirə salınması səbəbi ilə bağlı İngiltərənin Rusiyadakı səfirliyi açıqlama verib.
Məlumata görə, NATO xarici işlər nazirlərinin keçirəcəyi toplantının tarixinin dəyişməsi səbəbindən B.Consonun Moskva səfərinin təxirə düşdüyünü bəyan edib.
Qeyd edək ki, Conson Rusiyaya 5 il sonra səfər edəcək ilk Böyük Britaniya Xarici İşlər naziri olacaq.
Modern.az