Modern.az

İcra başçısı sel təhlükəsindən danışdı

İcra başçısı sel təhlükəsindən danışdı

Təhsil

12 Aprel 2011, 09:59


Yazın gəlişi ilə əlaqədar Kür çayında suyun səviyyəsinin qalxması müşahidə olunur. Samux və Göygöl rayonlarında yaz aylarında baş verə biləcək sel təhlükəsinin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər yekulnlaşdırılıb. Kür çayı və rayonun kəndlərindən keçən digər çaylarda sahil bərkitmə işləri görülub.
Samux rayonun icra başçısı Vilyam Hacıyevin Modern.az-a bilrdiyinə görə, ötən il Qoşqar çayının ziyan vurduğu Qarayeri qəsəbəsində  işlər sürətləndirilib. Bundan əlavə  bu fəlakətin bir daha təkrarlanmaması üçün  çay məişət tullantılarından təmizlənir və məcrası qazılaraq dərinləşdirilir. Əraziyə ilkin mərhələdə 3 texnika cəlb olunub. Gələcəkdə texnikanın sayı 10-a çatdırılacaq.  Artıq təhlükəli hesab olunan 200 metr ərazidə qazma işləri aparılıb və çay dərinləşdirilib.
Rayonun sel təhlükəsi ilə üzləşə biləcək 6 kəndində yeni bəndlər tikiləcək. Göygöl Suvarma Sistemləri İdarəsindən verilən məlumata görə isə rayonda sel təhlükəsi gözlənilmir. Rayon ərazisindən keçən Qoşqar çay, Kürəkçay və Gəncə çayları məişət tullantılarından təmizlənir və məcrası qazılaraq dərinləşdirilir. Bu işləri həyata keçirmək üçün əraziyə 3  texnika cəlb olunub. Artıq təhlükəli hesab olunan 7.5 kilometr ərazidə qazma işləri aparılıb və çay dərinləşdirilib.

Xaliq Qurbanov
Gəncə

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!