Modern.az

Daha bir şəhər su altında qaldı

Daha bir şəhər su altında qaldı

Dünya

27 Mart 2017, 23:03

Perunun Piura şəhərinin böyük hissəsi sel sularının altında qalıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, yaşayış məntəqlərini su basması nəticəsində 300-dən çox ailə bölgədən evakuasiya olunub.

Qeyd edək ki, təbii fəlakət nəticəsində 90 nəfərin öldüyü bildirilir.

Bu arada Avropa Komissiyasının tədqiqat mərkəzinin bir qrup mütəxəssisi bu qənaətə gəlib ki, beş milyon avropalı bu əsrin sonunadək daşqınlar səbəbindən evsiz qala bilər. Alimlər xəbərdarlıq edib ki, qlobal istiləşmənin davam etməsi Şimal və Baltik dənizlərinin səviyyəsinin qalxmasına səbəb olacaq. Nəticədə Avropanın şimal sahilləri su altında qala bilər. Son on il ərzində Avropada bir neçə böyükmiqyaslı daşqın baş verib. 2016-cı ildə Reyn, Dunay, Sena çaylarının səviyyəsi kəskin artıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi