Modern.az

Putin Kremli tərk etməyəcək

Putin Kremli tərk etməyəcək

Dünya

27 Mart 2017, 23:31

2018-ci ildə Rusiyada növbəti prezident seçkiləri keçiriləcək və Vladimir Putinin də bu seçkilərdə iştirak edədəcəyi gözlənilir. Və heç kim onun qələbəsindən şübhələnmir.

 

Modern.az Böyük Britaniyanın nüfuzlu “The Guardian” nəşrinə istinadən xəbər verir ki, bu haqda Karnegi Fondunun Moskva Mərkəzinin direktoru Dmitri Trenin yazıb.

 

Analitikin fikrincə, Vladimir Putin 2024-cü ildə belə siyasi səhnədən gedcəyini düşünmək ağlasığmazdır.

 

Ekspert bildirib ki, Rusiya lideri qarşısına qoyduğu missiyasını yerinə yetirir və hələ ki, aktivdir. Buna görə də, onun uzunmüddətli perspektivdə siyasətdən gedəcəyini düşünmək mənasızdır. 

 

“Hələlik Putinin siyasəti tərk edəcəyi ilə bağlı son fikir bildirmək çətindir. Putin Rusiyanın dünyadakı statusunu yenidən bərpa edən şəxsdir. O, zəhmli fiqur olmağa davam edir və həmişə hamını təəccübləndirməyə hazırdır”-deyə Trenin əlavə edib. 

 

Aqşin KƏRİMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir