Modern.az

Bərdədə ağır qəza: 8 yaralı

Bərdədə ağır qəza: 8 yaralı

Aktual

27 Mart 2017, 23:52

Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonunun Divanlı kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, iki "VAZ-2107" markalı avtomobilin toqqquşması nəticəsində Bərdə sakini olan 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəza hər iki maşının idarəetməni itirərək yoldan çıxması nəticəsində baş verib.

Hadisə zamanı sürücü və sərnişinlər daxil olmaqla xəsarət alan şəxslər bunlardır:

Bayramov Bayram Rövşən oğlu, 10 yaş (Güloğlular kəndi)

Əlizadə Kənan Müşfiq oğlu, 5 yaş (Güloğlular kəndi)

Əlizadə Sənan Muşfiq oğlu, 4 yaş (Güloğlular kəndi)

Allahverdiyev Fariz Taliş oğlu, 18 yaş (Cəyirli kəndi)

Məmmədov Ramin Sabir oğlu, 28 yaş (Cəyirli kəndi)

Məmmədova Türkan Piriş qızı, 27 yaş (Cəyirli kəndi)

Məmmədov Məhəmmədəli Ramin oğlu, 9 aylıq (Cəyirli kəndi)

Məmmədzadə Leyla Ramin qızı, 7 yaş (Cəyirli kəndi)

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir