Modern.az

Magistraturaya sənəd qəbulu bu gün yekunlaşır

Magistraturaya sənəd qəbulu bu gün yekunlaşır

28 Mart 2017, 09:45

2017-2018-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının   magistraturalarına 12 mindən çox bakalavr sənəd verib.

 

Modern.az xəbər verir ki, bu gün saat 09.23-ə olan statistikaya əsasən magistratura səviyyəsində təhsil almaq üçün qeydiyyatdan keçən 12 654 sənəddən Azərbaycan bölməsi üzrə 11 429-i, rus bölməsi üzrə isə 1 225-ü təsdiq edilib.

 

Bundan başqa, 2017-2018-ci tədris ilində Azərbaycanda ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya sənəd verən 1 053 namizədin 908-i Azərbaycan bölməsinə, 145-i isə rus bölməsinə aiddir.

 

Xatırladaq ki, elektron ərizələrin təsdiqi prosesi bu gün axşam saat 23.59-da yekunlaşacaq.

 

Adları və ya soyadları ilə bağlı müəyyən problemləri olan vətəndaşlar Sənəd Qəbulu Komissiyalarına (SQK) bu gün saat 17.00-dək müraciət edə bilərlər. Martın 29-dan artıq magistratura və ya rezidenturaya sənəd vermək mümkün olmayacaq.

 

Namidə BİNGÖL

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir